Bütün xəbərlər
Supermodel Tatyana Patits vəfat edib
Tarix: 11-01-2023 22:07 | Bölmə: Karusel


1990-cı illərin ən çox axtarılan top modellərinin onluğundan biri olan model və aktrisa Tatyana Patits 56 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, podyum ulduzunun ölüm xəbərini Amerikanın “Vogue” nəşri yayıb.
Cindy Crawford, Naomi Campbell, Linda Evangelista və Christy Turlington ilə birlikdə Tatjana Patitz ilk supermodellərdən biridir. Onların hər birinin uğuru 1990-cı illərdə gəlib. Birlikdə və ayrı-ayrılıqda onlar podiumların və parlaq jurnalların üz qabığının ulduzları idilər.
Vogue Patitsin ölüm səbəbi barədə məlumat vermədi, qısa məlumat və modelin müxtəlif illərin fotosessiyalarından bir sıra arxiv fotoşəkilləri ilə məhdudlaşdı.
Tatyana Patits aktyorluq peşəsində özünü sınadı. O, Şon Konneri və Uesli Snayps ilə birlikdə 1993-cü ildə "Çıxan Günəş" filmində rol alıb. Həm də "Tənha oğlan" serialının və "Vəkil" filminin çəkilişlərində iştirak edib.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər