Bütün xəbərlər
Yaşayış binası yanıb, uşaqlar xəsarət alıb
Tarix: 11-01-2023 12:30 | Bölmə: Karusel

Samara şəhərinin tarixi mərkəzində, Nekrasovskaya küçəsində yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində 3 uşaq xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gələn yanğınsöndürənlər müəyyən ediblər ki, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər pilləkən qəfəsi yanıb. RİA Novosti xəbər verir ki, bütün sakinlər təxliyə edilib, üç uşaq xəstəxanaya yerləşdirilib.
Təxliyə edilənlərə Samara vilayətinin administrasiyasının binasında yerləşmə, eləcə də isinmək üçün avtobus təklif olunub – indi vilayət paytaxtında temperatur mənfi 31 dərəcədir.
Hadisə yerində 43 canlı qüvvə və 12 texnika çalışır.
Rayon prokurorluğundan bildirilib ki, yanğın faktı ilə bağlı araşdırmalar təşkil edilib. Bundan əlavə, agentlik təxliyyə olunanların ilkin tələbat malları və müvəqqəti yaşayış yeri ilə təmin olunması məsələsinə nəzarət edir.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər