Bütün xəbərlər
"Zenit" Albertonu iki "Korintians" oyunçusuna dəyişib
Tarix: 10-01-2023 23:08 | Bölmə: Karusel


Futbol üzrə “Zenit” və “Korintians” mavi-ağ-göylü hücumçu Yuri Albertonun Braziliya klubuna keçidi ilə bağlı razılığa gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əks istiqamətdə isə müdafiəçi Robert Renan və yarımmüdafiəçi Du Keyroz gələcək.
Rusiyanın hazırkı çempionunun rəsmi saytının məlumatına görə, Alberto qış transfer pəncərəsində braziliyalıların düşərgəsinə keçəcək. Növbəti dəfə o, transfer edəndə "Zenit" müqavilənin 50 faizini alacaq.
Renan bu qış Sankt-Peterburq klubunun futbolçusu olacaq. Onun müqaviləsi beş illikdir. Keyroz 2023-cü ilin yayında Sergey Semakın komandasına qoşulacaq. Onunla müqavilə beş mövsümlük qüvvədə olacaq.
Bundan əlavə, Rusiya və Braziliya klubları qapıçı İvanın icarəyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.
Rusiya çempionatının turnir cədvəlinə “Zenit” başçılıq edir. Sankt-Peterburq klubunun 17 turdan sonra 42 xalı var.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər