Bütün xəbərlər
"Barselona"nın hücumçusu Depay "Atletiko Madrid"ə keçə bilər
Tarix: 10-01-2023 20:11 | Bölmə: Karusel

"Barselona"nın hücumçusu Memfis Depay karyerasını "Atletiko Madrid"də davam etdirə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,klublar yaxın vaxtlarda hollandiyalı futbolçunun transferi ilə bağlı danışıqlar aparmağa hazırlaşır.
Jurnalist Fabrizio Romanonun sosial şəbəkələrdə verdiyi məlumata görə, “matras”lar artıq “mavi qranat”a müvafiq sorğu göndərib.
"Atletiko" Joao Feliksi əvəzləmək üçün Depayı variantlarından biri kimi nəzərdən keçirir.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər