Bütün xəbərlər
Estoniya Rusiyanın aktivlərini qanuni olaraq müsadirə etməyi planlaşdırır
Tarix: 10-01-2023 13:12 | Bölmə: Karusel

Estoniya Rusiyanın aktivlərini müsadirə etməyə hazırlaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət ən azı 20 milyon avrodan gedir - ruslara məxsus vəsaitlər sanksiyalar siyasəti çərçivəsində dondurulub.
"Rossiya 24" xəbər verir ki, Tallin yanvarın sonuna kimi bu cür aktivlərin həbsi üçün qanuni plan təqdim etməyi və daha sonra onları Kiyevə təhvil verməyi planlaşdırır. Estoniya hökuməti dekabrın sonunda müvafiq sərəncam verib.
Beləliklə, Tallin Avropada Rusiya aktivlərinin müsadirə edilməsi və ya faktiki olaraq oğurlanması və onların Kiyevə verilməsi mexanizmini qanuni şəkildə həyata keçirən ilk ölkə olmaq niyyətindədir.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər