Bütün xəbərlər
"Kalibr"in tərtibatçısı Pavel Kamnev vəfat edib
Tarix: 09-01-2023 23:18 | Bölmə: Karusel

“Kalibr” raketlərinin yaradıcısı, “Almaz-Antey” konserninin elmi direktoru Pavel Kamnev 86 yaşında dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Konsernin mətbuat xidməti onun vəfat etdiyini açıqlayıb.
“Almaz-Antey”in elmi direktoru təyin olunmazdan əvvəl Kamnev “Kalibr” uzaqmənzilli raketlərinin işləndiyi “Novator” konstruktor bürosuna rəhbərlik edib.
Kamnev 20-dən çox ixtiranın müəllifi, 300-dən çox elmi və texniki hesabatın həmmüəllifi, texnika elmləri doktoru, Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müxbir üzvü idi.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər