Bütün xəbərlər
Şahmat tacı uğrunda görüş aprelin 7-də başlayır
Tarix: 09-01-2023 23:04 | Bölmə: Karusel


Beynəlxalq Şahmat Federasiyası şahmat ilinin əsas hadisəsinin tarixi ilə bağlı qərar verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,17-ci dünya çempionu adı uğrunda görüş aprelin 7-dən 30-dək keçiriləcək.
Tədbirlərin təqvimi FİDE-nin rəsmi saytında dərc olunub. Müsabiqənin dəqiq yeri hələ açıqlanmayıb.
Çempionluq titulu uğrunda rusiyalı Yan Nepomniaççi və çinli Dinq Liren mübarizə aparacaqlar. İlkin olaraq, namizədlər turnirində qalib gələn rusiyalı qrossmeysterin hazırkı dünya çempionu Maqnus Karlsenlə qarşılaşması nəzərdə tutulurdu. Lakin norveçli matçda iştirakdan imtina edib.
Nepomnyaççinin rəqibi namizədlər turnirində ikinci yeri tutan Liren olub.
Daha əvvəl çempionluq mübarizəsinin Meksikada keçirilə biləcəyi bildirilirdi.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər