Bütün xəbərlər
Rusiya Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasından çıxacaq
Tarix: 09-01-2023 12:29 | Bölmə: Karusel


Prezident Vladimir Putin Dövlət Dumasına Avropa Şurasının Korrupsiyaya qarşı Cinayət Hüququ Konvensiyasının denonsasiyası haqqında qanun layihəsi təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 272467-8 saylı qanun layihəsi Dövlət Dumasının qanunvericilik fəaliyyətinin məlumat bazasında yerləşdirilib.
Rusiya 1999-cu il yanvarın 27-də Strasburqda imzalanmış Konvensiyanı denonsasiya etmək niyyətindədir.
Denonsasiya qərarı Avropa Şurası Nazirlər Komitəsinin Rusiyanın Korrupsiyaya Qarşı Dövlətlər Qrupunda (GRECO) üzvlüyünə xitam verilməsi barədə qərarın qəbul edilməsi ilə əlaqədar qəbul edilib.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər