Bütün xəbərlər
Futbol üzrə Olimpiya çempionu 40 yaşında vəfat edib
Tarix: 08-01-2023 23:55 | Bölmə: Karusel


Kamerun millisinin sabiq yarımmüdafiəçisi Modest M'Bami 40 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Fransanın "Paris Saint-Germain" futbol klubunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ölüm səbəbi infarkt olub.
PSJ bu gün keçmiş oyunçumuz Modest M'Baminin vəfat etdiyini dərin hüznlə öyrəndi. Klub onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
M'Bami 2003-2006-cı illərdə PSJ-də çıxış edib, klubla iki dəfə Fransa Kubokunu qazanıb. Həmçinin karyerası ərzində Fransanın Sedan, Le Havre, Marsel klublarında çıxış edib, İspaniyanın Almeria, Çinin Dalian Airbin və Changchun Yatai, Saudi Al-Ittihad və Kolumbiyanın Millonaris klublarında çıxış edib.
Kamerun milli komandasının tərkibində M'Bami Olimpiya çempionu (2000), Konfederasiyalar Kubokunun (2003) və Afrika Millətlər Kubokunun (2008) gümüş mükafatçısı olub.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər