Bütün xəbərlər
Permdə təyyarə ilə insidentin səbəbləri açıqlanıb
Tarix: 08-01-2023 23:06 | Bölmə: Karusel


Permdə təyyarə ilə qəzaya səbəb kimi hava şəraiti, pilot xətası və təyyarənin texniki nasazlığı hesab edilir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə RF İK-nin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin teleqram kanalında məlumat verilib.
“İstintaq baş verənlərlə bağlı bütün mümkün versiyaları nəzərdən keçirir. Onların arasında: pilot səhvi, əlverişsiz hava şəraiti, yerüstü xidmətlərin iş reqlamentindəki pozuntular, həmçinin təyyarənin texniki nasazlığı.
Xatırladaq ki, bazar günü Perm hava limanında təyyarə uçuş-enmə zolağına çıxarkən uçuş-enmə zolağından çıxaraq qar zolağına çırpılıb. Təyyarədə 183 sərnişin və 6 ekipaj üzvü olub, heç kim xəsarət almayıb.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər