Bütün xəbərlər
Yanğın 3 nəfərin həyatına son qoyub
Tarix: 08-01-2023 22:35 | Bölmə: Karusel


Voloqda vilayətinin Timoşkino kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 8 yaşlı qız uşağı isə xilas edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,yanvarın 8-də səhər saatlarında soba ilə qızdırılan taxta konstruksiyalı yaşayış binasında yanğın baş verib. Yerli sakinlər hadisə barədə təcili yardım xidmətinə məlumat veriblər.
Yanğının söndürülməsi zamanı xilasedicilər mənzildə yaşayan bir kişi və iki qadının yanmış meyitlərini aşkar ediblər. İlkin məlumatlara görə, yanğınsöndürənlər gələnə qədər uşağı pəncərədən küçəyə itələsələr də, özləri qaça bilməyiblər. Tətil üçün Çerepovetsdən qohumlarını ziyarət etməyə gələn qız xəsarət almayıb.
Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin saytı xəbər verir ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər