Bütün xəbərlər
Məşhur braziliyalı hücumçu Roberto Dinamit vəfat edib
Tarix: 08-01-2023 21:21 | Bölmə: Karusel


Braziliya millisinin sabiq hücumçusu, Roberto Dynamit kimi tanınan Karlos Roberto de Oliveyra 68 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Roberto Dynamite Braziliya futbol tarixində ən çox qol vuran beşinci oyunçudur.
Roberto Dinamit kimi tanınan Karlos Roberto de Oliveyra 68 yaşında Braziliyada vəfat edib. İki dünya çempionatının iştirakçısının ölüm səbəbi onkoloji xəstəlikdir.
Hücumçuya güclü zərbəyə görə Dinamit ləqəbi verilib. Robeto Dynamite karyerası ərzində 500-dən çox qol vurub və Braziliya futbolu tarixində ən çox qol vuran beşinci oyunçudur.
Roberto Dinamit karyerasının böyük hissəsini "Vasko da Qama" klubunda keçirib. O, həmçinin "Barselona" və Portuqaliya millisində də çıxış edib. Braziliya millisinin heyətində 47 oyun keçirən hücumçu 25 qol vurub. Roberto Dynamite 1978 və 1982 Dünya Çempionatlarında iştirak edib.
Futbolçu karyerasını başa vurduqdan sonra Roberto Dynamite siyasətə getdi. 2008-2014-cü illərdə "Vasko da Qama"nın prezidenti vəzifəsində çalışıb.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər