Bütün xəbərlər
LPR-də qaz kəmərində partlayış baş verib
Tarix: 07-01-2023 23:02 | Bölmə: Karusel


Luqansk Xalq Respublikasının Lutuqino şəhərində yüksək təzyiqli qaz kəmərində partlayış baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,13 minə yaxın abonent qazsız qalıb.
Hadisə yanvarın 7-də axşam saatlarında Lutuginski daçaları ərazisində baş verib. Partlayışdan sonra qaz kəmərində yanğın baş verib.
Hadisə yerinə müəssisə rəhbərliyinin başçılığı ilə “Luqanskqaz” Dövlət Unitar Müəssisəsinin mütəxəssisləri gəlib. Yanğın dərhal söndürülüb.
LPR hökuməti öz Telegram kanalında bildirib ki, yaxın vaxtlarda müəssisənin işçiləri partlayışın səbəbini öyrənmək üçün qaz kəmərinin zədələnmiş hissəsini tədqiq etməyə başlayacaqlar.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər