Bütün xəbərlər
Medvedev Rusiyanın birinci raketkası titulunu itirəcək
Tarix: 07-01-2023 21:41 | Bölmə: Karusel


Tennisçi Daniil Medvedev artıq Rusiya tennisinin birinci nömrəsi adını daşımayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, 2019-cu ilin avqustundan bəri ilk dəfə onun başına gələcək.
Medvedev Avstraliyanın Adelaida şəhərində keçirilən turnirin yarımfinalında məğlub olduqdan sonra Peşəkar Tennislər Assosiasiyasının dünya reytinqindəki mövqeyini itirəcək. Serbiyalı Novak Cokoviç onu finala buraxmayıb.
Gələn bazar ertəsi dərc olunacaq ATP reytinqinin növbəti versiyasında Medvedev səkkizinci yerə enəcək. Ruslardan ondan yuxarıda hazırkı səkkizinci deyil, altıncı yerdə yerləşəcək Andrey Rublev olacaq.
Xatırladaq ki, Medvedev 3,5 ildir ki, Rusiya kişi tennisində liderlik edir.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər