Bütün xəbərlər
"Çelsi" Fil Dişi Sahilinin hücumçusu ilə 6,5 illik müqavilə imzalayıb
Tarix: 07-01-2023 21:26 | Bölmə: Karusel


Londonun "Çelsi" futbol klubu Norveç "Molde"sinin və Kot-d'İvuar millisinin hücumçusu David Fofana ilə müqavilə imzaladığını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir.
Bundan əlavə, müqavilənin şərtlərinə görə daha bir mövsüm uzadıla bilər. Rəsmi olaraq, ivuarlının transfer məbləği açıqlanmasa da, Transfermarkt-ın məlumatına görə, bu, 12 milyon avrodur.
Artıq futbolçunun özü də keçidi ilə bağlı fikirlərini bildirib: "Xəyallarımın klubu ilə müqavilə bağladığım üçün çox şadam. Tezliklə meydanda görüşənədək" - deyə londonluların mətbuat xidməti Fofanın sözlərini sitat gətirib.
Fofana 2021-ci ilin fevralından "Molde"-də çıxış edir. Bu müddət ərzində o, 65 matçda iştirak edib, 24 qol vurub və on məhsuldar ötürmə edib.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər