Bütün xəbərlər
“Lokomotiv” ABŞ millisinin hücumçusu uğrunda mübarizə aparacaq
Tarix: 06-01-2023 22:09 | Bölmə: Karusel


“Atalanta” və “Kristal Palas” Hacı Raytın axtarışındadır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hazırda Türkiyənin “Antalyaspor” klubunda çıxış edir.
"Antalyaspor"un hücumçusu Hacı Rayt qış transfer pəncərəsində klubunu dəyişə bilər. ABŞ millisinin oyunçusu üçün “Lokomotiv” də daxil olmaqla üç klub müraciət edir.
Türkiyənin “Milliyet” nəşrinin məlumatına görə, “Lokomotiv” “Antalyaspor”un hücumçusu Hacı Raytı almağa hazırdır. Moskvalılar 24 yaşlı futbolçu üçün 6 milyon avro ödəməyə hazırdır. Amma dəmiryolçuların “Atalanta” və “Kristal Pelas” qarşısında ciddi rəqibləri var.
Rayt Türkiyə liqasında 15 matçda 10 qol vurub. Dünya çempionatında Hacı ABŞ komandasının dörd görüşündə də iştirak edib və bir qol vurub.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər