Bütün xəbərlər
Yalnız hazırkı başçı UEFA prezidenti olmağa iddialıdır
Tarix: 06-01-2023 21:42 | Bölmə: Karusel


Avropa futbolunun rəhbərinin seçilməsi rəqabətsiz olacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Aleksandr Çeferinin rəqibi olmayacaq.
Aprelin 5-də Lissabonda keçiriləcək konqresdə UEFA prezidenti seçkiləri keçiriləcək. Yalnız bir namizəd qeydə alınıb - təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin.
TASS-ın məlumatına görə, UEFA-nın prezident seçkilərində yalnız bir namizəd olacaq - təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin. Sloveniyalı Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. O, həm də FİFA-nın vitse-prezidentidir.
Alexander Ceferin 55 yaşındadır. Lyublyanalı hüquqşünas 2005-ci ildə Sloveniya futbolunda fəaliyyətə başlayıb. 2011-ci ildə o, Sloveniya Futbol İttifaqına rəhbərlik edib və dörd ildən sonra ikinci müddətə yenidən seçilib. Bir il sonra Çeferin UEFA prezidenti seçilməsi ilə əlaqədar postunu tərk edib.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər