Bütün xəbərlər
"Çelsi" "Monako"nun müdafiəçisi üçün 37 milyon avro ödəyib
Tarix: 05-01-2023 20:23 | Bölmə: Karusel


"Monako"nun mərkəz müdafiəçisi Benya Badyaşil karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,21 yaşlı fransız Londonun "Çelsi" klubu ilə 7,5 illik müqavilə imzalayıb.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu transfermarkt.de portalının məlumatına görə, moneqasklılar futbolçunun satışından ən azı 37 milyon avro qazanıb.
Badyaşil "Monako"-nun yetirməsidir və əsas komandanın heyətində bütün yarışlarda 135 oyuna çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib. Həmçinin müdafiəçi hesabına Fransa millisində iki oyun keçirib.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər