Bütün xəbərlər
"Dell" tezliklə Çin çiplərindən imtina edəcək
Tarix: 05-01-2023 10:04 | Bölmə: Karusel


Dünyanın aparıcı kompüter istehsalçılarından biri olan Amerika "Dell" şirkəti 2024-cü ilə qədər öz məhsullarında Çin çiplərindən istifadəni dayandırmaq niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Yaponiyanın “Nikkei” biznes nəşri üç mənbəyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, "Dell" həmçinin təchizatçılardan Çin istehsalı olan digər komponentlərin sayını azaltmağı xahiş edib.
Eyni zamanda, söhbət təkcə Çin şirkətlərinin məhsullarından deyil, həm də Çində yerləşən zavodlarda istehsal olunan qeyri-çinli istehsalçıların çiplərindən gedir.
"Dell"-in qərarı Vaşinqton və Pekin arasında gərginliyin artması riski fonunda komponentlərin tədarükü mənbələrini diversifikasiya etmək istəyi ilə diktə olunur.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər