Bütün xəbərlər
“Krasnodar” braziliyalı futbolçu ilə güclənir
Tarix: 04-01-2023 22:52 | Bölmə: Karusel


"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borxes karyerasını Krasnodarda davam etdirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya və Azərbaycan klubları 26 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.
“Buğalar”ın mətbuat xidmətindən verilən məlumata görə, tibbi müayinədən keçdikdən sonra yarımmüdafiəçi “Krasnodar”la 2026-cı ilin iyun ayının sonuna kimi müqavilə imzalayacaq.
Braziliyalı futbolçu bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər