Bütün xəbərlər
Hava hücumundan müdafiə qüvvələri Rostov vilayəti üzərində naməlum obyekti vurub
Tarix: 04-01-2023 13:53 | Bölmə: Karusel


Yanvarın 4-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Rostov vilayətinin ərazisində naməlum obyekti məhv edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə qubernator Vasili Qolubev Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemi yanvarın 3-də saat 22:00 radələrində Myasnikovski rayonunun Sultan Sala kəndindən 7 kilometr aralıda işə düşüb.
"2,5 km hündürlükdə küləkdə sərbəst uçan top formasında kiçik ölçülü obyekt aşkar edilib. Onun aradan qaldırılması ilə bağlı qərar qəbul edilib", - deyə rayon rəhbəri yazıb.
O, həmçinin təhlükəsizliyin təmin edilməsinə bütün qüvvə və vasitələrin cəlb edildiyini, Rostov vilayətinin səmasının hava hücumundan müdafiə sistemləri ilə əhatə olunduğunu qeyd edərək, sakinləri sakit olmağa çağırıb.
Əvvəllər yerli sosial şəbəkələrdə sferik formalı işıq saçan obyekti, daha sonra parıltı və partlayışı əks etdirən videolar görünməyə başladı. Səlahiyyətlilər bölgədə vəziyyətin sabit və nəzarət altında olduğunu bildirib.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər