Bütün xəbərlər
"Zenit"in keçmiş futbolçusu Hulk "Adana Dəmirspor"un futbolçusu olacaq
Tarix: 03-01-2023 20:02 | Bölmə: Karusel


"Zenit"in sabiq futbolçusu Hulk Türkiyənin "Adana Dəmirspor" klubuna keçəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,artıq tərəflər müqavilə ilə bağlı razılığa gəliblər. Lakin onun şərtləri açıqlanmır.
Bu barədə İHA məlumat yayıb. Mənbənin məlumatına görə, 36 yaşlı braziliyalı futbolçu klubla müqavilə imzalayacaq və Türkiyədə transfer pəncərəsi açılandan sonra yeni futbolçu kimi təqdim olunacaq.
Beləliklə, Hulk 2021-ci ildən formasını geyindiyi Braziliyanın "Atletiko Mineiro" klubundan ayrılacaq. Ötən il braziliyalı bütün yarışlarda 46 matçda iştirak edib, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.
Rusiyada Hulk "Zenit"də oynaması ilə tanınır.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər