Bütün xəbərlər
Braziliya Pele ilə vidalaşır
Tarix: 03-01-2023 19:42 | Bölmə: Karusel


Braziliyada üçqat dünya çempionu Pele ilə vida mərasimi başa çatıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,mərasim əfsanəvi futbolçunun doğma klubu "Santos"un stadionunda keçirilib.
Son 24 saat ərzində Vila Belmiru arenasında əfsanəvi futbolçu ilə vida mərasimi keçirilib. Çərşənbə axşamı mərhum futbolçunun cəsədi olan tabut xüsusi təchiz olunmuş yanğınsöndürən maşının damına qoyularaq, Braziliya və Santos bayraqları ilə örtülərək şəhərin küçələri ilə dəfn kortejinə göndərilib.
TASS-ın məlumatına görə, kortecin marşrutu həm də Pelenin yüz illik anasının evindən keçir. O, Ekumenika nekropolunun məqbərəsində dəfn olunacaq. Ora Santos futbol stadionunun yaxınlığında yerləşir.
Vətəndaş anım mərasimi zamanı dünyanın ən böyük futbolçularından biri ilə vidalaşmağa 150 minə yaxın insan gəlib. Pelenin həyatdan getməsi ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.
Xatırladaq ki, Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib. O, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər