Bütün xəbərlər
İstintaq Komitəsinin rəhbəri işin açılmasına göstəriş verib
Tarix: 03-01-2023 17:27 | Bölmə: Karusel

İstintaq Komitəsinin sədri Oleksandr Bastrıkin Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Rusiya Aerokosmik Qüvvələrinin Uzaqmənzilli Aviasiya komandiri Sergey Kobılaş və Qara dənizin keçmiş komandanı haqqında qanunsuz cinayət təqibi ilə bağlı işin açılmasına göstəriş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“Cinayət işinin bir hissəsi olaraq Rusiya Federasiyasının İstintaq Komitəsi Rusiya vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanunsuz qərar qəbul etmiş SBU-nun konkret vəzifəli şəxslərini müəyyən edəcək”, - nazirliyin bəyanatında deyilir.
Bu gün səhər saatlarında SBU Kobylaş və Osipova qarşı "aqressiv müharibə aparmaq və Ukraynanın ərazi bütövlüyünə qəsd etmək"də ittiham olunduğunu açıqlayıb. Ukrayna Cinayət Məcəlləsinə görə, bu, ömürlük həbslə nəticələnə bilər.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər