Bütün xəbərlər
Deyan Lovren "Zenit"i tərk edərək karyerasını "Lion"da davam etdirə bilər
Tarix: 01-01-2023 21:28 | Bölmə: Karusel

"L'Equipe" xəbər verir ki, "Zenit"in müdafiəçisi Deyan Lovren "Lion"la müqavilə imzalaya bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,qəzet yazır ki, Fransanın "Lion" klubunun rəhbərliyi xorvatiyalı futbolçunu karyerasını onların komandasında davam etdirməyə razı sala bilib. O da qeyd olunur ki, 33 yaşlı Lovrenin kluba keçmək üçün tibbi müayinədən keçdiyi və artıq "Lion"la müqavilənin razılaşdırıldığı bildirilir.
Xorvatın "Zenit"lə müqaviləsinin bitməsinə daha 6 ay qaldığı üçün Fransa klubu təzminat məbləğini razılaşdırıb.
Deyan Lovren daha əvvəl 2010-2013-cü illərdə "Lion"da çıxış edib, 2020-ci ildə isə Rusiyanın "Zenit"inə keçib. O, həmçinin Xorvatiya millisi ilə 2022-ci il dünya çempionatında bürünc medal qazanıb.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər