Bütün xəbərlər
Futbolçu Kuçayev və fiqurlu konkisürən Radionova ər-arvad olacaqlar
Tarix: 01-01-2023 18:39 | Bölmə: Karusel


Fiqurlu konkisürmə üzrə təklər üzrə dünya və Avropa çempionatlarının qalibi Yelena Radionova paytaxt ÇSKA-nın futbolçusu Konstantin Kuçayevə evlilik təklifinə razılaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,idmançı sosial şəbəkələrdə iki ilə yaxındır yaxın münasibətdə olduğu Kuçayevlə evlənməyə razılıq verdiyini açıqlayıb.
"2022-ci ildə mənim başıma gələn ən yaxşı şey! Bəli dedim", - Radionova Kuçayevlə birgə şəklinin yanında yazıb.
23 yaşı olan Yelena 2015-ci il dünya çempionatının bürünc mükafatçısı, dünya komanda çempionatında və fərdi Avropa çempionatlarında iki dəfə gümüş medal qazanıb, 2016-cı ildə isə Rusiya çempionu olub. 24 yaşlı Kuçayev 2017-ci ildən ÇSKA-da çıxış edir və Rusiya Premyer Liqasının ikiqat gümüş mükafatçısı olub.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər