Bütün xəbərlər
Xorvatiya Şengen və Avrozona üzvü oldu
Tarix: 01-01-2023 12:21 | Bölmə: Karusel

2023-cü il yanvarın 1-dən Xorvatiya Avrozonanın 20-ci, Şengen bölgəsinin isə 27-ci üzvü olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,iki həftə ərzində ölkədə paralel olaraq iki valyuta - avro və Xorvatiya kunası istifadə olunacaq. Müəyyən məzənnə və müəyyən şərtlər var. Belə ki, Xorvatiya pullarının dəyişdirilməsi 2023-cü il dekabrın 31-dək mümkün olacaq, - RİA Novosti xəbər verir.
2023-cü il yanvarın 1-dən Xorvatiyanın Şengen zonasının digər ölkələri ilə quru və dəniz sərhədlərində səyahət edənlərin yoxlanılması dayandırılacaq. Martın 26-dan etibarən hava limanlarında yoxlamalar ləğv ediləcək.
Yaxın günlərdə Xorvatiya Şengen vizalarının verilməsinə başlayacaq.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər