Bütün xəbərlər
"Real Madrid" Benzemanın dublu sayəsində "Valyadolid"i məğlub edib
Tarix: 31-12-2022 10:59 | Bölmə: Karusel

Madrid "Real"ı İspaniya çempionatının 15-ci turunun matçında Valyadoliddəki "Xose Zorrilla" stadionunun meydanında yerli eyniadlı komandanı məğlub edib - 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,qaliblər 83-cü dəqiqədə penaltini, 89-cu dəqiqədə isə Eduard Kamavinqanın ötürməsindən fərqlənən Kərim Benzema dubl edib.
Qeyd edək ki, meydan sahibləri oyunu azlıqda başa vurub - Serxio Leon 82-ci dəqiqədə qırmızı vərəqə alıb.
Real Madrid 38 xalla turnir cədvəlinin birinci pilləsində, Valyadolid isə 17 xalla 15-ci yerdədir. “qaymaqlılar” üçün bu qələbə La Liqanın son beş görüşündə üçüncü olub.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər