Bütün xəbərlər
Türkiyə polisi partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb
Tarix: 30-12-2022 19:59 | Bölmə: Karusel


Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyənin Aydın şəhərindəki restoranda baş verən partlayışla bağlı bir şübhəlinin saxlanıldığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Aydın şəhərində restoranda partlayış baş verib, ilkin məlumatlara görə, 7 nəfər ölüb.
Onun sözlərinə görə, partlayışla bağlı Nazilli rayon prokurorluğu tərəfindən məhkəmə istintaqı başlayıb, 3 prokuror təyin edilib. "Hadisə bütün aspektləri ilə araşdırılacaq", - Bəkir Bozdağ əmin edib.
Bununla belə, Aydın valisi Hüseyn Aksoya bildirib ki, ən çox ehtimal olunan versiya məişət qazı balonunun partlamasıdır.

İstintaq davam edir.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər