Bütün xəbərlər
Karlsen blits üzrə altıqat dünya çempionu oldu
Tarix: 30-12-2022 17:47 | Bölmə: Karusel


Alma-Atada şahmatda blits üzrə dünya çempionatı başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,onun qalibi norveçli Maqnus Karlsen olub.
21 oyundan sonra dünya reytinqinin birinci nömrəsi 16 xal toplayaraq birinci yeri tutub. Turnirin gümüş mükafatını ABŞ təmsilçisi Hikaru Nakamura (15) qazanıb. İlk üçlüyü Ermənistandan olan Hayk Martirosyan (15) qapayıb.
Rusların ən yaxşısı altıncı yeri tutan Daniil Dubov olub. Ən pisi isə Yan Neponyasçii (12-ci, 13,5 xal) olub.
32 yaşlı Karslen altıncı dəfə blits üzrə dünya çempionatının qalibi olub. O, bundan əvvəl sürətli şahmat üzrə dördqat dünya çempionu olub.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər