Bütün xəbərlər
"Aerosmith"-in solisti azyaşlıya qarşı cinsi istismarda ittiham olunur
Tarix: 30-12-2022 11:55 | Bölmə: Karusel


Kaliforniya məhkəməsində qaldırılan iddiaya görə, 1973-1976-cı illər arasında musiqiçi Stiven Tayler azyaşlı qıza bir neçə dəfə təcavüz edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Julia Holcomb, "Aerosmith" qrupunun solisti Stiven Taylerin qurbanı idi.
“Rolling Stone”un məlumatına görə, qadın musiqiçi ilə 16 yaşında tanış olub. Tayler o vaxt 25 yaşında idi. Holcomb qeyd edib ki, o zaman o, Tayler tərəfindən sistematik olaraq cinsi təcavüzə məruz qalıb və döyülüb. Qadın əlavə edib ki, musiqiçi “qəsdən onun emosional narahatlığına səbəb olub”.
İddiaçı vurğuladı ki, qrupun solisti ona spirtli içkilər və qeyri-qanuni maddələr əldə etmək imkanı verib və bir dəfə münasibətlərini kəsməklə hədələyərək onu abort etdirməyə məcbur edib.
Məlumata görə, Tayler öz xatirələrində Holcomb ilə münasibətdən bəhs edib. Orada rokçu qeyd edib ki, 16 yaşlı qızın valideynləri onların münasibətlərini dəstəkləyib və hətta musiqiçiyə qızlarının qəyyumluğunu verməyi təklif ediblər.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər