Bütün xəbərlər
Təyyarə Saxalinə məcburi eniş edib
Tarix: 30-12-2022 11:49 | Bölmə: Karusel

“Avrora” şirkətinə məxsus sərnişin təyyarəsi göyərtəsində yaranmış fövqəladə vəziyyətlə əlaqədar Yujno-Saxalinsk hava limanına planlaşdırılmamış eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Uzaq Şərq Nəqliyyat Prokurorluğunun məlumatına görə, Xabarovskdan Petropavlovsk-Kamçatskiyə uçan “Airbus A319” təyyarəsinin sərnişinlərindən birinin portativ şarj cihazı alışıb.
Yanğın ekipaj tərəfindən söndürüldü, təyyarə komandiri Saxalin üzərinə enməyə qərar verdi.
Hadisə zamanı təyyarədə 112 sərnişin və 7 ekipaj üzvü olub. Ölən və yaralananlar barədə məlumat verilmir.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər