Bütün xəbərlər
FİFA prezidenti İnfantino: "Pele futbolu yeni səviyyəyə qaldırdı"
Tarix: 30-12-2022 11:27 | Bölmə: Karusel

Əfsanəvi braziliyalı Pele futbolu yeni səviyyəyə qaldırdı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Beynəlxalq Futbol Federasiyasının rəhbəri Canni İnfantino deyib.
FİFA-nın mətbuat xidməti İnfantinonun sözlərini sitat gətirib: "Pele heç bir oyunçunun ağlına belə gəlməyən şeylər etdi. O, futbolu yeni səviyyəyə qaldırdı".
Üçqat dünya çempionu 83 yaşında vəfat edib. Noyabrın 30-da Pele xəstəxanaya yerləşdirilib. Futbol kralına daha əvvəl bağırsaq xərçəngi diaqnozu qoyulmuşdu.

Əfsanəvi braziliyalının dəfn mərasimi yanvarın 3-də olacaq. Onun ölümü ilə əlaqədar Braziliyada üç günlük matəm elan edilib.
Xatırladaq ki, Pele dünyada yeganə üçqat dünya çempionudur.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər