Bütün xəbərlər
Putin Rusiya Federasiyasının yeni regionlarının prokurorlarını təyin edib
Tarix: 29-12-2022 20:22 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin yeni Rusiya əraziləri ilə bağlı bir sıra fərmanlar imzalayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,sənədlər hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Belə ki, fərmanlardan biri Rusiya Federasiyasının yeni bölgələrinə ezam olunmuş mülki şəxslərə xəsarət aldıqları halda 3 milyon rubl, vəfat etdikdə isə ailələrinə 5 milyon rubl məbləğində ödənişlər müəyyən edir.
Prezidentin imzaladığı digər sənəddə könüllüliyə dəstək haqqında fərmana düzəlişlər edilir, onun qüvvəsi DXR, LPR, Zaporojye və Xerson vilayətlərinə də şamil edilir.
Bundan əlavə, Putin fərmanla 4 yeni rayona prokuror təyin edib. Donetsk Xalq Respublikasının prokuroru Andrey Spivak, Luqansk Xalq Respublikasının prokuroru Qleb Mixaylov, Zaporojye vilayətinin prokuroru Kirilo Osipçuk, Xerson vilayətinin prokuroru Andrey Petrov olub. Onların hamısı beş illik müddətə təyin edilir.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər