Bütün xəbərlər
Holand Premyer Liqa tarixinə düşüb
Tarix: 29-12-2022 13:01 | Bölmə: Karusel


“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə çempionatının 17-ci turunda “Lids Yunayted”lə görüşdə dubl edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı norveçli futbolçunun cari mövsümdə 20 qolu var.
Bu nəticəni əldə etmək üçün Holanda 14 matç lazım olub. "Opta"-nın məlumatına görə, norveçli Premyer Liqa rekordunu qırıb. Bu əvvəllər 21 oyunda 20 qol vuran Kevin Phillipsə məxsus idi.
Xatırladaq ki, “Mançester Siti” səfərdə “Lids”ə 3:1 hesabı ilə qalib gəlib.





Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər