Bütün xəbərlər
Haalandın qol vurması “Mançester Siti”-nin "Lids" üzərində qələbəsini təmin edir
Tarix: 29-12-2022 12:00 | Bölmə: Karusel


İngiltərə Premyer Liqasının 17-ci turunun səfər matçında “Mançester Siti” futbolçuları “Lids Yunayted”dən güclü olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Xosep Qvardiolanın yetirmələri rəqibini 3:1 hesabı ilə məğlub edib.
“Şəhərlilər”in tərkibində norveçli hücumçu Erlinq Haaland dubla imza atıb (51-ci və 64-cü dəqiqələr). Qaliblər üçün daha bir qol Rodriqo Hernandezin (45-ci) aktivində olub. Meydan sahiblərinin qoluna Paskal Streyk (73-cü) imza atıb.
“Mançester Siti” 35 xalla Premyer Liqada ikincidir. “Lids” 15 xalla 15-ci yerdədir. İngiltərə çempionatına 40 xalla "Arsenal" başçılıq edir.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər