Bütün xəbərlər
Futbol üzrə DÇ-2022-nin ən yaxşı hakimi müəyyənləşib
Tarix: 28-12-2022 21:45 | Bölmə: Karusel


İtaliyalı futbol hakimi Daniele Orsato Qətərdə keçirilən son dünya çempionatının ən yaxşı hakimi seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, "Djulio Campanati" beynəlxalq mükafatına layiq görülüb.
Son mundialda Orsato üç matçda baş hakim kimi çıxış edib: Qətər və Ekvador arasında açılış matçında, Argentina ilə Meksika arasında ikinci tur görüşündə və yarımfinalda Argentina - Xorvatiya matçında.
Mükafat 2014-cü ildən verilir. Daha sonra Braziliyada keçirilən dünya çempionatından sonra ilk qalib müəyyənləşib. Mükafat İtaliya Arbitraj Assosiasiyasının Milan bölməsi və “Djulio Kampanatinin Dostları” assosiasiyası tərəfindən təşkil olunub.



Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər