Bütün xəbərlər
Sumqayıtda “Şagird Diksiya klubu” layihəsinə yekun vuruldu
Tarix: 27-12-2022 23:50 | Bölmə: Karusel

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan, Nazirliyin maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə cari ilin sentyabr ayından icra olunan “Şagird Diksiya klubu” layihəsinə yekun vurulmuşdur.

Sabaha-inamla.az xəbər verir ki, 23 dekabr 2022-ci il tarixində Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə sonuncu V qrup şagirdlərlə keçirilən praktik məşğələdə iştirakçılara gənc natiq Əli Miriyev tərəfindən bədən dili və natiqlik sənəti ilə bağlı əsas biliklər verilmiş, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı, aydın tələffüs üsulları haqqında elektron təqdimat materialları nümayiş etdirilmişdir.
Qeyd edək ki, ümumilikdə 120 şagirdin cəlb olunduğu layihənin məqsədi şagirdlərin düzgün nitq qabiliyyətini inkişaf etdirmək, qeyri-verbal ünsiyyət vasitələri və natiqlik sənəti haqqında maarifləndirmək, aydın və səlis ünsiyyət qurma, fikir çatdırma vərdişlərini formalaşdırmaqdır.






Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər