Bütün xəbərlər
Deyli Blind "Ayaks"dan ayrıldı
Tarix: 27-12-2022 21:19 | Bölmə: Karusel


Hollandiyalı müdafiəçi azad agentə çevrilib. "Ayaks" ilə müqavilənin bitməsinə 6 ay qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Ayaks" müdafiəçisi Deyli Blind azad agentdir. 32 yaşlı futbolçu müqaviləyə xitam vermək üçün klubla razılaşıb.
"Ayaks"ın ulduzu Deyli Blind daha doğma klubunda oynamayacaq. "Sport24.az" xəbər verir ki, futbolçu özünə yeni komanda axtaracaq.“Ayaks”ın əfsanəvi futbolçusu Denni Blindin oğlu Deyli Blind 333 oyun keçirib və 13 qola imza atıb. Blind Jr, 2014-16-cı illərdə Mançester Yunayteddə olduğu vaxtdan başqa, karyerasının böyük hissəsini "Ayaks"da keçirdi.
2019-cu ildə Deyli Blind ürək əməliyyatı keçirdi və ürək stimulyatoru taxdı. Bir il sonra hollandiyalı stimulatorda nasazlıq yarandığı üçün meydanı tərk etmək məcburiyyətində qalıb. Bununla belə, o, sahəyə qayıtdı. Qətərdə keçirilən dünya çempionatında Blind Hollandiya millisinin heyətində 5 oyun keçirib və 1 qol vurub.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər