Bütün xəbərlər
Mi-17 helikopteri Nigerdə qəzaya uğrayıb
Tarix: 26-12-2022 20:55 | Bölmə: Karusel


“The Guardian” xəbər verir ki, Niger Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterinin ölkənin paytaxtı Niamey şəhərinə eniş edərkən qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,qəza dekabrın 26-da səhər saat 10:45-də (Moskva vaxtı ilə 12:45) Diori Hamani aerodromunda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, Rusiya istehsalı olan rotorlu gəmi asfalta çırpılaraq alovlanıb.
Qəzanın qurbanları iki nigeriyalı zabit və bir əcnəbi təlimatçıdır (hansı ölkədən gəldiyi göstərilmir).
Açıq mənbələrə görə, Niger Hərbi Hava Qüvvələrində ölkənin 2003-cü ildə aldığı cəmi iki Mi-17 helikopteri var idi.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər