Bütün xəbərlər
Rusiya Quru Qoşunlarının keçmiş baş komandanı Aleksey Maslov vəfat edib
Tarix: 25-12-2022 16:27 | Bölmə: Karusel


Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının keçmiş baş komandanı, ordu generalı Aleksey Maslov Moskvada qəflətən dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Onun 69 yaşı var idi.
Aleksey Maslov 23 sentyabr 1953-cü ildə Kursk vilayətinin Panskoye kəndində anadan olub. Tank Qoşunları Hərbi Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında taqım komandirindən Quru Qoşunlarının baş komandanlığına qədər yüksəldi, sonra Rusiya Federasiyasının NATO-dakı baş hərbi nümayəndəsi oldu.
Son illərdə o, “Uralvaqonzavod” Konserni SC-nin hərbi-texniki əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışırdı.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər