Bütün xəbərlər
Çilidə fövqəladə vəziyyət elan edilib
Tarix: 24-12-2022 13:17 | Bölmə: Karusel


RT xəbər verir ki, Çili hakimiyyəti Vina del Mar kurort şəhərində baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu günə qədər fövqəladə hadisənin iki qurbanı məlumdur. Yanğın hündürmərtəbəli binalar da daxil olmaqla 500-dən çox evi məhv edib.
Yerli hakimiyyət üç yanğının qeydə alındığını vurğulayır. İlkin olaraq yanğın Vina del Mar yaxınlığındakı meşəlik ərazidə yayılmağa başlayıb.
Dekabrın 24-nə keçən gecə Kemerovoda qeyri-qanuni qocalar evində yanğın baş verib. Hadisə nəticəsində 20 nəfər ölüb. Uşaq evinin binası uçub. Yanğın faktı ilə bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.
Sığınacağın təşkilatçısı "Yevangelist Kilsəsi"nin keşişi Andrey Smirnov olub. İstintaqçılar faciənin baş verdiyi binanın sahibini də tapıblar.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər