Bütün xəbərlər
ABŞ-da qar fırtınası 9 nəfərin həyatına son qoyub
Tarix: 24-12-2022 12:57 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,ABŞ-da qar fırtınası nəticəsində 9 nəfər ölüb. Super güclü qış tufanı ölkənin geniş ərazilərində soyuq, buzlu külək və qar və yağışı özü ilə gətirdi.
Vayominqdə temperatur rekordu qırıldı: -41-ə qədər soyudu. ABŞ-ın daha bir neçə ştatında temperatur rekord səviyyəyə yaxınlaşıb.
Qar fırtınası səbəbindən 2000-dən çox uçuş ləğv edilib və bu, bir çox amerikalının Milad planlarına təsir edib. Yollarda isə öz növbəsində qəzaların sayı ciddi şəkildə artıb.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər