Bütün xəbərlər
"Pari NN" məşqçi Buşmanovla danışıqlar aparır
Tarix: 24-12-2022 12:03 | Bölmə: Karusel


Yevgeni Buşmanov Pəri NN-nin yeni məşqçisi ola bilər. Əvvəlki mentor Mixail Qalaktionov Moskva "Lokomotiv"ində işləməyə getdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hazırda Nijni Novqorod yeni baş məşqçi axtarışı ilə məşğuldur. Namizəd kimi əvvəllər “Spartak-2” və Rusiyanın gənclər yığmasında çalışmış 51 yaşlı Yevgeni Buşmanovun adı hallanır.
"Sport-Ekspress" xəbər verir ki, "Spartak"ın və CSKA-nın keçmiş müdafiəçisi Yevgeni Buşmanov Pari NN ilə danışıqlar faktını təsdiqləyib. Lakin Buşmanov daha konkret məlumat verməyib.
Rusiya çempionatının 17 matçında "Pari NN" 19 xal toplayıb və 12-ci yerdədir. Qalaktionovun istefasından sonra baş məşqçinin səlahiyyətlərini Anton Xazov yerinə yetirir.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər