Bütün xəbərlər
"Ayaks" Argentina yığmasına qapıçı dəvət edib
Tarix: 24-12-2022 11:39 | Bölmə: Karusel


Argentina millisinin heyətində dünya çempionu Jeronimo Rulli karyerasını Hollandiya çempionatında davam etdirə bilər. "Ayaks" 30 yaşlı qolkiperin xidmətində maraqlıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,idman jurnalisti Fabrizio Romanonun fikrincə, "Ayaks" son sərhəddi möhkəmləndirmək niyyətindədir. Hollandiyanın ən titullu klubu İspaniyanın “Vilyarreal”ının qapıçısı Jeronim Rulli ilə daha çox maraqlanır.

Rulli bu mövsüm "Vilyarreal"ın heyətində 14 oyuna çıxıb və 10 qol buraxıb. Qətərdə keçirilən dünya çempionatında Jeronimo Emiliano Martinezin köməkçisi olub. Argentinalının təxmini qiyməti 10 milyon avrodur.
"Ayaks"ın mövsümün ilk yarısında əsas qapıçısı 39 yaşlı Remko Pasver olub. Amsterdamın ikinci qapıçısı Marten Stekelenburqun qırx yaşı var.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər