Bütün xəbərlər
Mbappe dünyanın ən dəyərli futbolçusu seçilib
Tarix: 23-12-2022 20:57 | Bölmə: Karusel


"Paris Saint-Germain" və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən dəyərli oyunçusu seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Qətərdə keçirilən son dünya çempionatının nəticələrindən sonra fransız 20 milyon avro bahalaşıb.
Futbol bazarında ixtisaslaşmış “Transfermarkt”ın məlumatına görə, bu bahalaşmadan sonra Mbappe əvvəlki 160 milyon avro əvəzinə 180 milyon avroya başa gəlib.Beləliklə, o, indi bu göstəricidə norveçli hücumçu “Mançester Siti” Erlinq Haalandı yan keçib.
Mənbə onu da qeyd edir ki, Argentina millisinin yeni dünya çempionu olan 7 futbolçusu da bahalaşıb. Onların arasında, məsələn, Enzo Fernandes (35 milyon avrodan 55 milyon avroya), Julian Alvares (32 milyon avrodan 50 milyon avroya qədər).
Argentinanın heyətinin ümumi dəyəri 645,20 milyon avro olaraq qiymətləndirilir. Amma finalda argentinalılara uduzan Fransa 997,50 milyon avro dəyərində qiymətləndirilib. Dünya çempionatının bürünc mükafatçısı - Xorvatiya yığması 377,00 milyon avro dəyərində qiymətləndirilir.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər