Bütün xəbərlər
"Zenit"in futbolçusu faşist şüarları səsləndirərkən yaxalanıb
Tarix: 23-12-2022 13:31 | Bölmə: Karusel

Xorvatiya millisinin və Sankt-Peterburq "Zenit"inin müdafiəçisi Deyan Lovren faşist salamı nümayiş etdirməkdə və millətçi şüarlar səsləndirməkdə təqsirli bilinib, "Vecernje" novosti xəbər verir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,nəşrin məlumatına görə, idmançı dünya çempionatından sonra Zaqrebdə keçirilən qapalı məclisdə komanda ortağı Marselo Brozoviçlə birlikdə Xorvatiyanın faşist təşkilatı "Ustaşa"ya salam verib, onun şüarını səsləndirib və millətçi məzmunlu mahnılar oxuyub.
Zaqrebdə oyunçular musiqisi neonasist sayılan Marko Perković, ləqəbli Tompsonun mahnılarını ifa ediblər. Nəşr bildirir ki, Lovren və Brozoviç də salam veriblər.
"Ustaşa" İkinci Dünya Müharibəsi zamanı müstəqil Xorvatiya dövlətinə rəhbərlik edən, Almaniya və İtaliya ilə əməkdaşlıq edən siyasi təşkilatdır. Partiyanın baxışları, digər məsələlərlə yanaşı, serbofobiya və antisemitizm ilə xarakterizə olunur.
Dekabrın 17-də Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında üçüncü yer uğrunda görüşdə Mərakeş yığmasını 2:1 hesabı ilə məğlub edib. Xorvatlardan Coşko Qvardiol və Mislav Orsiç, mərakeşlilərdən isə Əşrəf Dari fərqlənib.
Bu, Xorvatiya futbol tarixində ikinci dünya çempionatının bürünc medalıdır. 1998-ci ildə xorvatlar üçüncü yer uğrunda görüşdə Hollandiyanı məğlub etdilər. Xorvatiya komandası 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında ən yaxşı nəticəni əldə edərək finala yüksəlib.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər