Bütün xəbərlər
Braziliyalı yarımmüdafiəçi Adson Sankt-Peterburqun "Zenit" klubu ilə müqavilə bağlaya bilər
Tarix: 23-12-2022 13:00 | Bölmə: Karusel


"Korintians"ın hücumameyilli yarımmüdafiəçisi Adson Sankt-Peterburq "Zenit"inin futbolçusu ola bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Adson qış transfer pəncərəsində "Zenit"lə müqavilə bağlaya bilər. Bu barədə "Korintians"ın skautu Joao Demori sosial şəbəkələrdə məlumat verib. Adsonun Braziliya klubu ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.
"Zenit" RPL mövsümünün ilk hissəsini lider kimi başa vurub. Futbol üzrə Rusiyanın hazırkı çempionu olan Peterburq klubu 17 oyunda 42 xal toplayıb.
"Zenit"in RPL-də növbəti oyunu 2023-cü il martın 5-də baş tutacaq. “Mavi-ağ-göylər” öz stadionunda “Paris Nijni Novqorod”u qəbul edəcək.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər