Bütün xəbərlər
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına səfər edib
Tarix: 23-12-2022 11:03 | Bölmə: Karusel

Portuqaliya millisinin lideri Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib. Yaxın vaxtlarda futbolçu "Əl-Nəsr" klubu ilə müqavilə imzalayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun təklifini qəbul edəcək. Müqavilə 7 illikdir.
Portuqaliyalı 2 il yarım "Əl-Nasr"da çıxış edəcək, bundan sonra dünya çempionatının səfiri olacaq. Səudiyyə Ərəbistanı Yunanıstan və Misirlə birlikdə 2030-cu il dünya çempionatına ev sahibliyi etmək niyyətindədir.
Noyabrda Kriştiano Ronaldo “Mançester Yunayted”lə müqaviləsini ləğv edib. Portuqaliyanın Qətərdəki dünya çempionatını tərk etməsindən sonra Kriştiano Ronaldo "Real Madrid"də formasını qoruyub.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər