Bütün xəbərlər
“Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin göyərtəsində yanğın baş verib
Tarix: 22-12-2022 13:57 | Bölmə: Karusel


Cümə axşamı, dekabrın 22-də məlum olub ki, təyyarə daşıyan “Admiral Kuznetsov” kreyserinin göyərtəsində yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,hazırda Murmanskda gəmi təmir olunur, işləri "Zvezdoçka" zavodunun mütəxəssisləri həyata keçirir.
“RİA Novosti”nin Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Raxmanova istinadən verdiyi xəbərə görə, yanğınsöndürmə sistemləri normal işləyib.
İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.
"Təmir işləri zamanı cüzi artıqlıq var. Yanğın söndürülüb. Bütün müvafiq yanğınsöndürmə sistemləri düzgün işləyib", - agentlik USC rəhbərinin sözlərindən sitat gətirib.
Fövqəladə vəziyyətin səbəbləri dəqiqləşdirilir.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər